...

GƏNCƏNİN TELEKOMMUNİKASİYA ƏLAQƏLƏRİ TƏKMİLLƏŞDİRİLİR

Siyasət Materials 21 İyul 2005 12:12 (UTC +04:00)

Gəncə şəhər Telekommunikasiya İdarəsi (GTKİ) 107 sifariş xidmətində yeniliklər edib. Bu məqsədlə GTKİ-də yeni kommutatorlar quraşdırılıb. Yeni avadanlığın müəssisədə olan köhnə kommutatorlardan fərqi ondadır ki, abonentlər dünyanın istənilən nöqtəsi ilə telefon əlaqəsini daha da asan quracaqlar.

Bundan sonra cəmi bir neçə saniyə müddətində abonentlər gözləmədən istədikləri şəxslə danışacaqlar.Sözügedən məlumat GTKİ-dən Trend nümayəndəsinə bildirilib.

Yeni kommutator istifadəyə veriləndən sonra idarənin rəisi Əli Hüseynov yeni avadanlığın köməyi ilə ilk bağlantını ölkə başçısı İlham Əliyevlə qurub. Bu bağlantı televiziya vasitəsi ilə canlı yayımlanıb.

Onu da qeyd edək ki, 2006-cı ilin sonuna qədər 54-55 saylı ATS-lərin də elektron sisteminə qoşulacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti