...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ ETMƏK ÜÇÜN XARİCİ ÖLKƏLƏRƏ DƏVƏTNAMƏLƏR GÖNDƏRİB

Siyasət Materials 21 İyul 2005 21:10 (UTC +04:00)
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ ETMƏK ÜÇÜN XARİCİ ÖLKƏLƏRƏ DƏVƏTNAMƏLƏR GÖNDƏRİB

Azərbaycan Respublikasının xarici işlər nazirliyi diplomatik nümayəndəlikləri olan ölkələrə, eləcə də beynəlxalq strukturların nümayəndəliklərinə qarşıdakı parlament seçkilərinə müşahidəçilərin dəvət edilməsi üçün müraciət göndərib. Trend agentliyi bildirir ki, iyulun 21-də bu barədə AR XİN başçısı Elmar Məmmədyarov bəyan edib.

Onun sözlərinə görə, bu günlərdə Avropa Şurası, ATƏT, BMT-dən müsbət cavab alınıb, MDB ölkələrindən hələlik cavab alınmayıb, amma "yaxın günlərdə bu cavablar gözlənilir".

İyulun 20-də ABŞ senatı tərəfindən Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsinə çağıran qətnamənin qəbul edilməsini şərh edən E.Məmmədyarov deyib ki, həmin qətnaməni alıb, amma hələlik onunla tanış olmayıb.

O, həmçinin bildirib ki, yaxın günlərdə ABŞ dövlət katibinin müavini Pola Dobryanski, eləcə də ABŞ dövlət departamentinin yüksək rütbəli nümayəndələri Bakıya gələcək.

Xəbər lenti

Xəbər lenti