...

RAMİZ MEHDİYEV: AZƏRBAYCANIN HAZIRKİ SEÇKİ MƏCƏLLƏSİ İLƏ DEMOKRATİK SEÇKİ KEÇİRMƏK MÜMKÜNDÜR

Siyasət Materials 22 İyul 2005 12:56 (UTC +04:00)
RAMİZ MEHDİYEV: AZƏRBAYCANIN HAZIRKİ SEÇKİ MƏCƏLLƏSİ İLƏ DEMOKRATİK SEÇKİ KEÇİRMƏK MÜMKÜNDÜR

Hazırki Seçki Məcəlləsi və seki komissiyalarının formatı ilə azad və demokratik seçkilərin keçirilməsi mümkündür.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə prezident administrasiyasının başçısı Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, müxalifətin məqsədi seçki komissiyalarının elə bərabər nisbətdə yaratmaqdır ki, onlar bir dəqiqədə öz üzvlərini komissiyadan geri çağıra bilsinlər və seçki prosesini pozsunlar.

R.Mehdiyevin sözlərinə görə, prezidentin 11 may tarixli fərmanı azad və ədalətli seçkilərin keçirilməsi üçün əsas yaradır.

Rəsul Quliynevin və Ayaz Mütəllibovun Azərbaycana qayıtmasının mümkünlüyünə toxunan prezident adminstrasiyasının rəhbəri bildirib ki, onlar haqqında cinayət işi qaldırılıb. "Onlar istədikləri anda Azərbaycana qayıda və özlərini hüquq-mühafizə orqanları qarşısında müdvfiə edə bilərlər. Əgər öz günahsızlıqlarını sübut edə bilsələr, onda seçkilərdə iştirak edə bilərlər", - deyə R.Mehdiyev bildirib.

R.Mehdiyev həmçinin növbəti amnistiyanın hlazırlanması barədə məlumatları da təkzib edib. Eyni zamanda, o, prezident administrasiyasının strukturunda dəyişikliklərin olunduğunu təsdiqləyib. Eyni zamanda, kəndə təsərrüfatı və hərbi konsultasiya üzrə struktur yaradılıb.

Xəbər lenti

Xəbər lenti