...

"DALĞA" GƏNCLƏR HƏRƏKATI UNİVERSİTETLƏRDƏ İNSAN HAQLARI FƏNNİNİN TƏDRİSİ ÜÇÜN KAMPANİYA APARIR

Siyasət Materials 22 İyul 2005 15:35 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatı universitetlərdə insan hüquqları ilə bağlı fənnin tədris olunması üçün kampaniyaya başlayıb. Bu barədə Trend ə Gənclər Hərəkatından məlumat verilib.

Qeyd edək ki, "Dalğa" Hərəkatı iyulun 4-də Təhsil Nazirliyinə müraciət edərək ali təhsil müəəssisələrində insan haqlarına dair dərslər keçirilməsini təklif edib, lakin bu müraciətə indiyədək heç bir cavab verilməyib. Buna görə də təşkilat öz təşəbbüsü ilə kampaniyalara başlamağa qərar verib.

Kampaniyanın tərkib hissəsi kimi mətbuatla iş, seminar və treninqlərin təşkili, forumların keçirilməsi, yerli QHT-lərin və ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinin bu məsələyə cəlb olunması nəzərdə tutulub. İREX-in təşkilatçılığı ilə iyulun 21-də saat 16.00-dan 18.00-dək İnternet saytında forum keçirilib.

Forumda 50-yə qədər tələbə iştirak edib, "Dalğa" təşkilatının əlaqələndiriciləri onların suallarnı cavablandırıb. Universitetlərdə insan haqlarına dair fənnin tədris olunması barədə müzakirələr, fikir mübadiləsi aparılıb.

"Dalğa" Gənclər Hərəkatı ali təhsil ocaqlarında insan hüquqlarının tədris olunması üçün lazımi tədris materiallarının hazırlanıb nəşr olunması, ixtisaslı müəllim kadrların hazırlığının təmin olunması işində öz yardımını təklif edib.

Yerli və beynəlxalq təşkilatlar bu məsələdə öz köməkliklərini göstərəcəklərini bildiriblər. Gənclər təşkilatı qarşıya qoyduğu ideya ilə bağlı yeni tədbirlər həyata keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti