...

AZADLIQ" BLOKUNUN BÜTÜN NAMİZƏDLƏRİ VƏ SEÇKİ DAİRƏLƏRİ GƏLƏN HƏFTƏ AÇIQLANACAQ

Siyasət Materials 22 İyul 2005 16:35 (UTC +04:00)

"Azadlıq" blokunun liderləri öz seçki dairələrini müəyyən ediblər. Bu barədə Trend ə bloku üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli məlumat verib. O, bildirib ki, blokun seçkidə iştirak edəcək vahid namizədlərinin çoxu artıq müəyyənləşib.

Ə.Kərimlinin sözlərinə görə, gələn həftə liderlərin seçki dairələri və vahid namizədləri barədə açıqlama veriləcək: "Namizədlərin təsdiqlənməsi barədə partiyaların qərarı olmalıdır, hələki partiyalar buna qərar verməyiblər. Ona görə də adlar və seçki dairələri açıqlanmır"-deyə Ə.Kərimli bildirib.

AXCP sədri onu da deyib ki, "Azadlıq" blokunun namizədlər siyahısına bir sıra müstəqil şəxslər də daxil ediləcək. Blokun təsisçiləri olan partiyaların namizədlərindən başqa, heç bir siyasi qurumda təmsil olunmayan bəzi nüfuzlu şəxslər, ziyalılar "Azadlıq" bloku tərəfindən müdafiə ediləcək.

Xəbər lenti

Xəbər lenti