...

ROBİN SİVORD: ATƏT İQTİDARLA MÜXALİFƏTİN DİALOQUNDA DƏSTƏK VERİLMƏSİ ÜZRƏ İŞİ DAVAM ETDİRƏCƏK

Siyasət Materials 22 İyul 2005 16:50 (UTC +04:00)

ATƏT Azərbaycanın iqtidar və müxalifət partiyalarının nümayəndələri arasında dialoqun keçirilməsində öz köməyini davam etdirəcək. Trend agentliyi bildirir ki, iyulun 22-də Bakıda keçirilən mətbuat konfransında ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri, səfir Robin Sivord bu bəyanatla çıxış edib.

"Şübhəsiz ki, biz bundan sonra da dialoq ideyasını dəstəkləyəcəyik"-deyə R.Sivord qeyd edib.O, bildirib ki, respublikanın iqtidar nümayəndələri və müxalifət liderləri ilə hər görüşündə həmin məsələni müzakirə edir.

Eyni zamanda R. Sivord qeyd edib ki, ATƏT dialoq iştirakçısı deyil, yalnız dialoqun keçirilməsi ideyasını dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti