...

AZƏRBAYCAN PREZİDENTİ TAYLANDIN BAŞ PROKURORUNU QƏBUL EDİB

Siyasət Materials 22 İyul 2005 17:13 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 22-də Tayland Krallığının baş prokuroru Kampri Kaoçarerni qəbul edib.

Trend agentliyinin məlumatına əsasən, görüşdə prezident K.Kaoçarernin Bakıya səfərinin Azərbaycan-Tayland münasibətlərinin tarixində ilkin olduğunu qeyd edib. Bununla yanaşı Azərbaycan dövlətinin başçısı Azərbaycanla Tayland arasında əlaqələrin səviyyəsinin yüksək olmaması ilə bağlı təəssüfünü bildirib.

Öz növbəsində Taylandın baş prokuroru qeyd edib ki, dövlətlərarası əməkdaşlığın inkişafı üçün istifadə olunmamış böyük potensial vardır.

K.Kaoçarern qeyd edib ki, Azərbaycan və Taylandın prokurorluq orqanları arasında artıq sıx əlaqələr qaydaya salınıb, xüsusilə qarşılıqlı hüquqi dəstək barədə sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti