...

AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA İKİ RAZILIQ LAYİHƏSİ HAZIRLANIR

Siyasət Materials 22 İyul 2005 17:15 (UTC +04:00)

Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafına dair iki razılıq layihəsi hazırlanır. Trend agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASTMK) prezidenti Ələkbər Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, razılıqlar turizm və gömrük sahəsində əməkdaşlığa dair imzalanacaq. Sənədlərdə bu sahədə hüquqi məsələlərin nizama salınması nəzərdə tutulur. Sənədlərin layihələri hazırda razılaşdırılır və tərəflər üçün münasib zamanda imzalanacaq.

ASTMK prezidenti həmçinin onu da bildirib ki, bu günə kimi Azərbaycan və Pakistan arasında investisiyaların təşviqi, iqtisadi-ticarət sahəsində əməkdaşlığa və s. dair bir sıra razılıqlar imzalanıb.

Xəbər lenti

Xəbər lenti