...

HEYDƏR ƏLİYEV FONDU "AZƏRBAYCAN" İNTERNET-PORTALI YARADIB

Siyasət Materials 22 İyul 2005 18:03 (UTC +04:00)
HEYDƏR ƏLİYEV  FONDU "AZƏRBAYCAN"  İNTERNET-PORTALI YARADIB

Heydər Əliyev Fondu "Azərbaycan" internet-portalı (www.azerbaijan.az) yaradıb. Fondun icraçı direktoru Anar Ələkbərov Trend agentliyinə bildirib ki, burada Azərbaycanın zəngin geosiyasi tarixi, ölkənin sosial-iqtisadi və mədəni həyatı, eləcə də ölkənin ayrı-ayrı rayonları, şəhərləri və qəsəbələri, istirahət zonaları, respublikanın görkəmli siyasət və mədəniyyət xadimlərinin həyatı və yaradıcılığı haqqında məlumatlar öz əksini tapıb.Saytda Heydər Əliyev tərəfindən aparılmış tikinti işləri, konstruktiv islahatlar nəticəsində əldə olunmuş müvəffəqiyyətlər barədə məlumatlar da yerləşdirilib.

Bütün məlumatlar "Yeniliklər", "İqtisadiyyat", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan dünya ictimaiyyətində" və digər adlarla verilən bölmələrdə yerləşdirilib. Ermənistan-Azərbaycan -Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü problemi, Azərbaycanın qaçqın və məcburi köçkünlərinə ayrıca bölmə həsr olunub.

Təsisçilərin fikrincə, belə bir internet-portalın təşkili ölkəyə investisiya axınının gücləndirilməsi, turizm imkanlarının inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün əlverişli imkan yaradacaq.Azərbaycan haqqında daha çox məlumat əldə etmək istəyənlərə belə bir imkan veriləcək.

Portalın təqdimatı iyulun 22-də axşam dövlətin rəsmi şəxsləri, ziyalılar və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti