...

BVF AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINI ALQIŞLAYIR

Siyasət Materials 22 İyul 2005 18:17 (UTC +04:00)

Beynəlxalq valyuta fondu (BVF) Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi inkişafı alqışlayır. Trend agentliyi bildirir ki, iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən görüşdə BVF-nun sərəncamçı direktorunun müavini Aqustin Karstensin bu barədə bildirib.

O, dövlət başçısını son illərdə Azərbaycanda iqtisadi inkişaf sahəsində əldə olunmuş böyük artım münasibətilə təbrik edib. A. Karstensinin sözlərinə görə, BVF yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əməkdaşlığın uğurlu inkişafı istiqamətində aparılan böyük işlərdən məmnundur.

Azərbaycan prezidenti ölkəyə göstərdiyi köməyə görə BVF-ə öz təşəkkürünü bildirib.Onun sözlərinə görə, ölkə gəlirlərinin əhəmiyyətli artımı və makro-iqtisadi sabitlik nəzərə alınmaqla hazırda tərəflər əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. İ.Əliyev 2006-cı ildə böyük iqtisadi artım ərəfəsində məsləhətləşmələrin gücləndirilməsi zərurətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti