...

ROBİN SİVORD: ATƏT PARLAMENT SEÇKİLƏRİNƏDƏK BEYNƏLXALQ STRUKTURLARIN TÖVSİYƏLƏRİNİN NƏZƏRƏ ALINACAĞINA ÜMİD EDİR

Siyasət Materials 22 İyul 2005 18:34 (UTC +04:00)

ATƏT parlament seçkilərinin keçiriləcəyi günə kimi beynəlxalq strukturların tövsiyyələrinin hər halda Azərbaycan rəhbərliyi tərəfindən nəzərə alınacağına ümid edir. Trend in məlumatına görə, belə bir bəyanatla iyulun 22-də ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri, səfir Robin Sivord Bakıda jurnalistlərlə görüşündə bəyan edib.

"Həqiqətən də, Avropa Şurasının və ATƏT-in təkliflərindən bir neçəsi nəzərə alınmayıb", -dyə R. Sivord qeyd edib. Onun sözlərinə görə, beynəlxalq idarələr bu istiqamətdə işləri davapm etdirəcəklər.

Ofisin rəhbəri ümid etdiyini bildirib ki, bu il noyabrın 6-na kimi həmin tövsiyyələri hər halda Azərbaycan tərəfi yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti