...

VƏFA QULUZADƏ: AZƏRBAYCANIN ŞİMALİ KİPRLƏ YAXINLAŞMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINA TƏSİR ETMƏYƏCƏK

Siyasət Materials 22 İyul 2005 19:57 (UTC +04:00)
VƏFA QULUZADƏ: AZƏRBAYCANIN ŞİMALİ KİPRLƏ YAXINLAŞMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINA TƏSİR ETMƏYƏCƏK

Azərbaycanın Şimali Kiprlə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına təsir etməyəcək.Bu bəyanatla Trend agentliyinə müsahibəsində Azərbaycan prezidentinin siyasi məsələlər üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə çıxış edib.

Onun fikrincə, konfederasiya yaradılanadək Azərbaycan Türkiyə ilə yaxınlaşmaqda aydın siyasət yeritməlidir. V. Quluzadənin sözlərinə görə, Ankara ilə əməkdaşlıq "bir çox problemli məsələləri həll etməkdə" Bakıya kömək edəcək.

Yunanıstan tərəfinin Dağlıq Qarabağın separatçı rejimi ilə yaxınlaşmasında adekvat tədbirlər barədə təhlükəyə toxunan V.Quluzadə deyib ki, Bakı "belə amillərə" baxmamalıdır, belə ki, qardaş dövlətlə əməkdaşlıq Azərbaycan üçün birinci dərəcəli strateji əhəmiyyət kəsb edir.

"Bakı Türkiyə ilə yaxınlıq kursunu dəstəkləməlidir.Şübhəsiz ki, bunun üçün müəyyən siyasi qətiyyət lazımdır" -deyə politoloq qeyd edib.O, bildirib ki, həmin məsələdə hər-hansı üçüncü dövlətin reaksiyası ilə bağlı təhlükə yolverilməzdir.

V.Quluzadə xatırladıb ki, bir vaxtlar Rusiya Azərbaycan ərazilərinin təcavüzünə münasibətdə etinasız qalmışdı, "Bakını gələcəkdə də dəstəkləməyəcək". "Necə mümkün oldu ki, iqtisadi cəhətdən zəif olan Ermənistan Azərbaycanın çox mühüm ərazilərini işğal edə bildi?" - politoloq bu sualın cavabı olaraq bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Bakının hərbi əməliyyatlardakı uğursuzluğu bir çox mənalarda Rusiya faktoru ilə bağlıdır.

"Moskva indiyədək Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi faktını açıq etiraf etməyib"-deyə V. Quluzadə xatırladıb və qeyd edib ki, son 10 il ərzində Rusiya tərəfinin iştirakı ilə keçirilən sülh danışıqlarında heç bir irəliləyiş əldə olunmayıb.

Eyni zamanda prezidentin keçmiş müşaviri Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı münasibətlərinin pisləşməsinin mümkünlüyünə dair təhlükəni də təkzib edib. "Azərbaycanın AB ilə əlaqələrinin inkişafı uzunmüddətli perspektivdir" -deyə politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti