...

LALƏ ŞÖVKƏTİ DƏSTƏKLƏYƏN 34 QHT "YENİ SİYASƏT" BLOKUNU TƏRK EDİB

Siyasət Materials 23 İyul 2005 12:07 (UTC +04:00)

"Milli Birlik" Hərəkatının tərəfdarı olan 34 qeyri-hökumət təşkilatı (QHT) "Yeni Siyasət" blokundan çıxıb. Bu barədə Trend ə "Milli Birlik" Hərəkatından məlumat verilib.

Qeyd edək ki, Hərəkatın lideri Lalə Şövkət bu yaxınlarda təsisçilərindən biri olduğu "Yeni Siyasət" seçki blokundan çıxıb. Onu dəstəkləyərək bu bloka qoşulmuş 34 QHT də iyulun 21-də "YeS"i tərk etməyə qərar verib. Təşkilatlar bu addımlarını Lalə Şövkətin siyasi kursuna dəstək və həmrəylik əlaməti olaraq atdıqlarını bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti