...

ATƏT NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANIN ŞİMAL RAYONLARINA SƏFƏR EDƏCƏKLƏR

Siyasət Materials 23 İyul 2005 13:17 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin nümayəndələri Azərbaycanın şimal rayonlarında seçkiqabağı vəziyyəti öyrənəcəklər. Bu barədə Trend agentliyinə ofisin mətbuat xidmətindən bildiriblər.

İyulun sonuna planlaşdırılmış səfər zamanı ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər, həmçinin treninqlər keçiriləcək.

Qeyd edək ki, ATƏT nümayəndələri bundan əvvəl respublikanın cənub rayonlarına, o cümlədən Lənkəran şəhərinə səfər etmişdilər.

Xəbər lenti

Xəbər lenti