...

AZƏRBAYCANDA 42 XARİCİ VƏTƏNDAŞ NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNUB

Siyasət Materials 23 İyul 2005 13:49 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 1465 cinayət faktı qeydə alınıb. Bu barədə Trend agentliyinə narkomaniya və nakrotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə dövlət komissiyasından bildiriblər.

Həmin dövr ərzində ayrı-ayrı şəxslərdən 202 kq narkotik vasitə və psixotrop maddələr, o cümlədən 11,2 kq heroin, 25,7 kq opium, 16,8 kq həşiş, 139 kq-dan artıq marixuana, 11069 həb və içərisində psixotrop dərman preparatları olan 10 ampula müsadirə edilib.

Bu ilin 6 ayı ərzində belə cinyətlər üzrə 1459 şəxs, o cümlədən 42 xarici vətəndaş məsuliyyətə cəlb olunub. Onlardan 19-u İran, 18-i Gürcüstan, 2-si Əfqanıstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır. Onlardan 10 kq-dan artıq müxtəlif narkotik vasitələr müsadirə olunub.

Göstərilən dövrdə 212 tondan artıq yabanı halda bitən və qanunsuz olaraq becərilən narkotik mənşəli bitkilər aşkar olunaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti