...

GUAM ÇƏRÇİVƏSİNDƏ TERRORİZMLƏ MÜBARİZƏ ÜZRƏ VAHİD MƏLUMAT BAZASI YARADILACAQ

Siyasət Materials 23 İyul 2005 14:52 (UTC +04:00)

Terrorizmlə, narkotik ticarət və qanunsuz miqrasiya ilə mübarizə üçün məlumatların vahid bazasının yaradılması məsələsi iyulun 25-də Bakıda keçiriləcək GUAM-ın virtual mərkəzinin iclasında diqqət mərkəzində olacaq.

Azərbaycanın DİN-nin İnformasiya idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi məlumata görə, iclasda iştirak etmək üçün təşkilvtın üzvü olan ölkələrin ekspertləri Bakıya gələcək.

Mərkəzin əsasında mübadilə və təhlil sistemi yaradılacaq. Məlumatların vahid bazası sərhədçilər, gömrük işçiləri və hüquq-mühafizə orqanları üçün nəzərdə tutulub. Məlumat bazasının əsasında birgə əməliyyatlar həyata keçiriləcək.

Xatırladaq ki, GUAM ticarətin və nəqliyyatın inikişafı ilə bağlı daha bir iri layihə hazırlayır. Layihənin məqsədi qanunverici və texniki hazırlığın dəyişdirilməsidir. Layihənin əsas sponsoru ABŞ-dır. Macarıstan, Rumıniya və Bolqarıstan onun reallaşdırılmasına yardım həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti