...

AŞ PA-NIN MONİTORİNQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 23 İyul 2005 15:11 (UTC +04:00)

Sentyabrın 7-8-də Antalyada(Türkiyə) Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Monitorinq Komitəsinin növbəti toplantısı keçiriləcək. Bu haqda AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Naira Şahtaxtinskaya Trend ə bildirib.

Onun sözlərinə görə, toplantıda Azərbaycan nümayəndə heyti ilə təmsil olunacaq.

"Hələlik Monitorinq Komitəsinin iclasının gündəliyi Milli Məclisə daxil olmayıb. Eyni zamanda, Milli Məclis rəhbərliyi tərəfindən toplantıda ştirak edəcək nümayəndə heyətinin üzvləri də təsdiqlənməyib.

Bununla belə, təbii ki, nümayəndə heyətimiz həmişə olduğu kimi iclasda Azərbaycanla bağlı məsələlər müzakirə edilərkən, ölkəmizin maraqlarını müdafiə edəcək",-deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, AŞ PA Monitorinq Komitəsinin son toplantısı cari ilin iyulun 5-də Bakıda keçirilib.

Qeyd edək ki, Milli Məclis üzvlərindən Asim Mollazadə, Naira Şahtaxtinskaya və Bəxtiyar Əliyev AŞ PA Monitorinq Komitəsinin üzvləridir. Eyni zamanda, Milli Məclis rəhbərliyi tərəfindən toplantıda iştirak edəcək nümayəndə heyətinin üzvləri də təsdiqlənməyib.

Bununla belə, təbii ki, nümayəndə heyətimiz həmişə olduğu kimi iclasda Azərbaycanla bağlı məsələlər müzakirə edilərkən, ölkəmizin maraqlarını müdafiə edəcəkdir",-deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti