...

QARABAĞ PARTİZANLARININ ƏFV OLUNMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLƏCƏK

Siyasət Materials 23 İyul 2005 15:25 (UTC +04:00)

Qarabağ partizanlarının fəallarından biri Ədalət Ağayev Apellyasiya Məhkəməsinin əvvəlki qərarından yenidən kassasiya şikayəti vermək fikrindədir. Bu barədə Trend ə partizanların hüquqlarını müdafiə komitəsinin üzvü Vüqar Əliyev məlumat verib. Qeyd edək ki, partizanların işi ilə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə şikayət verilmişdi.

İyulun 19-da Ali Məhkəmədə partizanlardan dördünün işinə baxılıb və onların üzərindən Cinayət Məcəlləsinin 279.1-ci maddəsi - dövlətin konstitusion quruluşuna qarşı silahlı dəstək yaratmaq ittihamı götürülüb. Bu maddənin götürülməsindən sonra partizanların cəzaları da azaldılıb.

Əliyev Anarın cəzası müddəti 2 ildən 1 il 6 aya, İbraihimov İlqarın - 2 il 6 aydan 2 ilə, Məmmədov İlqarın - 2 ildən 1 ilə, Ağayev Ədalətin cəza müddəti isə 7 il 6 aydan 6 il 6 aya endirilib. Anar Əliyev və İlqar Məmmədov iyulun 20-də azadlığa çıxıblar.

Vüqar Əliyev bildirib ki, avqustun 1-də Müdafiə Komitəsinin toplantısı keçiriləcək, üzərində 6 il 6 ay cəza müddəti olan Ədalət Ağayevin və digərlərinin müdafiəsi ilə bağlı görüləcək tədbirlər müzakirə olunacaq. Onun sözlərinə görə, Ədalət Ağayevin kassasiya şikayəti vermək hüququ var.

"Sentyabr ayına qədər partizanların ya əfv fərmanı, ya aministiya, ya da Ali Məhkəmənin qərarı ilə azadlığa çıxmasına çalışacağıq. Vəkillərlə məsləhətləşib bu variantlardan birinə üstünlük verəcək və müdafiə tədbirlərimizi o istiqamətə yönəldəcəyik.

Partizanların valideynləri Prezident yanında Əfv Komissiyasına müraciət ediblər. Hüquq müdafiəçiləri də partizanların əfv olunması üçün tədbirlər görəcəklər"-deyə Vüqar Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti