...

Muxalifət partiyaları Qələbə kinoteatrı yanında mitinq keçirib

Siyasət Materials 23 İyul 2005 19:40 (UTC +04:00)
Muxalifət partiyaları Qələbə kinoteatrı yanında mitinq keçirib

Bu gün iyulun 23-də müxalifət partiyaları "20 Yanvar" metro stansiyasından başladıqları yuruşu keçmiş qələbə kinoteatrı qarşısında mitinqlə davam etdiriblər.

Trend in məlumatına görə, əvvəl Milli Demokrat Partiyasının təşkil etdiyi mitinqə Vətəndaş Həmrəyliyi Partiyası, Azerbaycan Liberal Partiyası, Tərəqqi, Azad Azərbaycan, Böyük Quruluş, Azərbaycan Fədailəri partiyaları və Vətəndaş Cəmiyyəti Curucuları bloku iştiirak edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rustəmxanlı öz çıxışında Dağlıq Qarabağ munaqişəsində ATƏT-in Minsk Qrupunun konret münasibət birlirdiqməsini vacib bildirib.

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroqlu öz çıxışında bildirib ki, Azərbaycanda demokratik seçkilər keçirmək istəyən qüvvəliərin Daqlıq Qarabağ problemini həll etməlidir. Onun sözlərinə görə, yalnız xalqın butövlüyunu təmin edən bir hakimiyyət mövcud olduqda Dağlıq Qarabağ problemi də həll olunacaqdır.

Azərbaycan Milli Demokrat Partiyasının sədri İ. Həmidov ölkədə demokratik seçki keçirmək istəməyən xalqı radikallığa dəvət edir. O, enyi zamanda Dağlıq Qarabağın azadlığı üçün hamını mübarizəyə çağırdı. Tərəqqi partiyasının sədri Çinqiz Dəmiroğlu və digərləri münaqişənin həllində ölkədə demokratik seçkiləri keçirməyi vurğuladılar.

Mitinqdə Ağdamın işğalının 12-ci ildönümü də yad edilib və erməni qoşunlarının Azərbaycan çıxarılması tələbi səsləndirilib.

Xəbər lenti

Xəbər lenti