...

Müxalifıətin mitinqini insidentsiz ötüşüb

Siyasət Materials 23 İyul 2005 19:41 (UTC +04:00)
Müxalifıətin  mitinqini insidentsiz ötüşüb

Müxalifıətin mitinqində heç bir insident baş verməyib.

Trend in məlumatına görə, mitinqdə Azərbaycan Milli Demokrat, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Liberal Partiyası, Tərəqqi, Azad Azərbaycan, Böyük Quruluş, Azərbaycan Fədailəri partiyaları və Vətəndaş Cəmiyyəti Curucuları bloku blokuna daxil olan partiya və QHT-in nümayəndələri də çıxış ediblər. Mitinqdə tədbir iştirakçıları adından qətnamə oxunub.

Orada Qarabağın işğaldan azad edilməsi, parlament seçkilərində demokratik mühitin yaradılması, keçmiş siyasi məhbusların passiv seçki hüququnun bərpası, namizədlərin depozitin məğləbinin minimum 2-3 dəfəyə azaldılması, təbliqat kampaniyası üçün bərabər imkanların yaradılması, siyasi mühacirlərin vətənə qayıtmasına imkan yaradılması və digər fikirlər səslənib.

Mitinqin təşkilatçıları Qələbə meydanında minlərlə adamın toplaşdığını söyləsələr də, Bakı şəhər Yasamal rayonun polis idarəsinin rəis müavini, polkovnik-leytenant Çinqiz Məmmədov "Trendə mitinqdə 500-dək adamın iştirak etdiyinı bildirib.

Xəbər lenti

Xəbər lenti