...

GUAM İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLİB

Siyasət Materials 25 İyul 2005 13:23 (UTC +04:00)
GUAM İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLİB

GUAM ölkələrinin terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərlə mübarizə üzrə Virtual Mərkəzin və Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılmasına dair İşçi Qrupun Bakı şəhərində iclası keçirilir.

Trend xəbər verir ki, iclasın işində Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin tərkib hissəsi olan Milli Analitik-İnformasiya Mərkəzinin Milli Qurumlararası ekspertləri, habelə ABŞ-ın Dövlət Departamenti və Ədliyyə Nazirliyi, GUAM-ın Avro-Analitik Məsləhət qrupunun nümayəndələri, GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) və ABŞ-ın Bakıda akkreditə olunmuş səfirliyinin əməkdaşları iştirak edirlər.

İclası daxili işlər nazirinin müavini Vilayət Eyvazov, xarici işlər nazirinin müavini - Azərbaycanın GUAM üzrə milli koordinatoru Araz Əzimov narkotiklərin yayılması və başqa cinayətlərin qarşısının alınmasında GUAM-ın rolundan danışıblar.

Tədbirdə o cümlədən Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin rəhbərləri də iştirak ediblər. ABŞ-ın Dövlət Departamentinin GUAM layihəsi çərçivəsində xüsusi koordinatoru Con Marki və İşçi Qrupun Gürcüstan, Moldova, Ukrayna ölkələri üzrə rəhbərləri də İşçi Qrupun fəaliyyətini yüksək qiymətlənidərərək Bakıda açılacaq Virtual Mərkəzin və Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin gələcəkdə cinayətkarlığın qarşısının alınmasında əvəzsiz rol oynayacağından danışıblar.

Tədbirdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə sahəsində GUAM ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, habelə tərəfdar ölkələr və beynəlxalq təşkilatlarla müvafiq layihələr çərçivəsində münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə Dövlətlərarası İnformasiya-Təhlil sisteminin Virtual Mərkəzinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.

Günün ikinci yarısında Dövlətlərarası İnformasiya Təhlil sisteminin tərkib hissəsi olan Milli Analitik İnformasiya Mərkəzinin rəsmi açılışı olacaq.

Xəbər lenti

Xəbər lenti