...

AZƏRBAYCAN PREZİDENTİ ÖLKƏNİN ŞİMAL RAYONLARINDA SƏFƏRDƏDİR

Siyasət Materials 25 İyul 2005 13:45 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİ ÖLKƏNİN ŞİMAL RAYONLARINDA SƏFƏRDƏDİR

Azərbaycan prezidenti İlham Əliyev iyulun 25-də Quba şəhərinin mərkəzində eks-prezident Heydər Əliyevin abidəsinin açılışında iştirak edib. Trend in məlumatına görə, Quba rayonunun ictimaiyyəti qarşısında çıxışı zamanı dövlət başçısı ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

Yeni iş yerlərinin açılması məsələsinə toxunan İ.Əliyev onların 95%-nin ölkənin regionlarında açıldığını vurğulayıb. Dövlət tərəfindən xırda və orta sahibkarlara göstərilən yardımdan söz salan prezident cari ildə bu sahəyə dövlət büdcəsindən 200 mlrd manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu, gələn il isə bu rəqəmin ikiqat artacağını qeyd edib. Onun sözlərinə görə, 2006-cı ildə dövlət büdcəsinin həcminin 3 mlrd dollara qədər artması da regionların sosial-iqtisadi inkişafına təkan verəcək. Həmçinin dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını vurğulayıb.

Günün birinci yarısında İ.Əliyev xalçaçılıq sexinini açılışında iştirak edib. Proqramda həmçinin "Krasnaə sloboda" qəsəbəsinin yəhudi icmasının nümayəndələri ilə görüş nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti