...

QAZAXISTAN GUAM-IN LAYİHƏLƏRİNƏ MARAQ GÖSTƏRİR

Siyasət Materials 25 İyul 2005 15:56 (UTC +04:00)

"GUAM son vaxtlar dünyanın müxtəlif yerlərində, o cümlədən Böyük Britaniyada törədilmiş terror aktlarına qarşı daha aktiv fəaliyyət göstərməlidir". Trend in məlumatına görə, iyulun 25-də GUAM İşçi Qrupunun Bakıda keçirilən tədbirində çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

A.Əzimov İşçi Qrupun üzvü kimi qrupun fəaliyyətini yüksək qiymətləndirib. Onun fikrincə, İşçi Qrupunun terrorizmə qarşı gördüyü tədbirlər daha diqqət çəkəndir. A.Əzimov Bakıda Milli Analitik İnformasiya Mərkəzinin açılışını da bu Qrupunun uğurlu addımı kimi qiymətləndirib.

A.Əzimov bildirib: "GUAM inkişaf etməkdə davam edir. Biz tərəfdaşlıqda əməkdaşlığına ümid edirik". İşçi Qrupun üzvünün sözlərinə görə, GUAM layihələri başqa ölkələrdə də maraq doğurur. "İlk növbədə Qazaxıstan GUAM-ın təhlüksizliyin təmin olunması, nəqliyyat dəhlizinin effektiv fəaliyyəti ilə bağlı layihələrinə maraq göstərir".

Xəbər lenti

Xəbər lenti