...

AZƏRBAYCAN HƏRBİÇİLƏRİ UKRAYNADA KEÇİRİLƏCƏK "SÜLH QALXANI - 2005" BEYNƏLXALQ TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Siyasət Materials 25 İyul 2005 16:16 (UTC +04:00)

Avqustun 3-13-də Krımın hərbi poliqonlarında "Sülh qalxanı -2005" ("Hit mira-2005") beynəlxalq təliminin amfibiya-sahil fazası keçiriləcək. Trend in diplomatik mənbələrə istinadən bildirdiyinə görə, təlimlərdə Azərbaycanın Sillahlı Qüvvələrinin (SQ) 10 nümayəndəsinin iştirakı gözlənilir.

Bütövlükdə bu təlimatlar fazasında Ukrayna, ABŞ və Gürcüstandan hərbiçilərin, həmçinin dünyanın təxminən 10 ölkəsindən müşahidəçilərin iştirakı planlanlaşdırılıb. Manevrlər təlimatlarda iştirak edən ölkələrin qərargahları və bölmələrinin qarşılıqlı əlaqələrinin yaxşılaşdırılmasına, sülhməramlı əməliyyatlarda və əvvəlki təlimatlarda əldə olunmuş təcrübədən istifadəyə, müxtəlif ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın səviyyəsinin artmasına yönəldildilib. "Sülh qalxanı -2005" təlimlərində İraq Respublikasında yaranmış hərbi-siyasi şəraitin elementləri istifadə olunur.

"Sülh qalxanı" təlimləri ənənəvi olaraq "Sülhün bərqərar olması üzrə beynəlxalq sülhməramlı əməliyyatda iştirak etmək" mövzusuna dair "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Ukrayna və ABŞ-ın quru qoşunları tərəfindən keçirilir.

Xəbər lenti

Xəbər lenti