...

VİLAYƏT EYVAZOV: AZƏRBAYCANIN RADİKAL MÜXALİFƏTİ SİLAH ƏLDƏ ETMƏK ÜÇÜN YOLLAR AXTARIR

Siyasət Materials 25 İyul 2005 17:06 (UTC +04:00)

Azərbaycanın radikl müxalifəti qarşıdakı parlament seçkiləri zamanı ölkədə iğtişaş yaratmağı planlaşdırır, bəzi müxalifətçilər isə silah əldə etmək üçün yollar axtarır. Trend in məlumatına görə, belə bəyanatla iyulun 25-də Azərbaycanın daxili işlər nazirinin müavini Vilayət Eyvazov çıxış edib.

Onun fikrincə, ölkədə qanunsuz yolla silah əldə etmək asan olmasa da və belə faktlar aradan qaldırılsa da, müxalifətçilər silah əldə etmək üçün cəhd edirlər.

Eyni zamanda nazir müavini istintaqın sirrinin saxlanılması zəruriliyinə istinad edərək, konkret adlar çəkməkdən imtina edib.

Noyabrın 6-da Azərbaycanda ədalətli seçkilərin keçiriləcəyini və bunun nəticəsində əvvəllər olduğu kimi indi də parlamentə sağlam qüvvələrin seçiləcəyini vurğulayan V.Eyvazov "Mən müxalifətçiləri öz mövqelərini təkrar gözdən keçirməyə çağırıram", - deyə bildirib.

Ölkədə iğtişaşların baş verməsi ehtimalına gəldikdə, nazir müavini "belə aksiyaların keçirilməsində hər bir cəhdin qarşısının alınacağını" qeyd edib.

Xəbər lenti

Xəbər lenti