...

ETİBAR MƏMMƏDOV: "SEÇKİYƏ QƏDƏR BAŞ VERƏ BİLƏCƏK QARIŞIQLIQ AZƏRBAYCANIN MƏNAFEYİNƏ ZİDDİR"

Siyasət Materials 25 İyul 2005 17:39 (UTC +04:00)

"Parlament seçkisinə qədər ölkədə baş verə biləcək qarşıdurmalar Azərbaycanın ziyanınadır". Trend in məlumatına görə, bu fikirləri AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, siyasi zəmində baş verə biləcək hər hansı ixtişaş, qarşıdurma ölkəmizin məfayinə ziddir.

Qeyd edək ki, daxili işlər nazirinin müavini Vilayət Eyvazov iyulun 25-də açıqlama verərək bildirib ki, Azərbaycanın radikal müxalifəti silah əldə etməyə çalışır, bu qüvvələr arasında iğtişaş törətmək istəyənlər var. Bu bəyanata münasibətini bildirən E.Məmmədov deyib ki, hüquq-mühafizə orqanlarının siyasətə qarışması, siyasi proseslərə dair bəyanatlar verməsi doğru deyil: "Hüquq-mühafizə orqanları, güc strukturları kimlərinsə silah əldə etməsi, yaxud silahlı dəstələr yaratması barədə bəyanatlar verməməlidirlər, onlar belə qüvvələri tutub ifşa etməlidirlər. Mən siyasətə qarışması qadağan olunan güc strukturlar tərəfindən siyasi bəyanatlar verilməsinin əleyhinəyəm.

Amma ölkədə kimin silah əldə etməsi, silahlı, yaxud silahsız qarşıdurmalar yaratması barədə məlumatım yoxdur. Hesab edirəm ki, istənilən ixişaş, qarışıqlıq Azərbaycanın mənafelərinə ziddir"-deyə E.Məmmədov vurğulayıb.

AMİP liderinin sözlərinə görə, beynəlxalq təşkilatlar, ABŞ və digər Qərb ölkələr də Azərbaycanda demokratik islahatların təkamül yolu ilə baş verməsinin tərəfdarıdır: "Heç kəs Azərbaycanda qarışıqlıq olmasını, sabitliyin pozulmasını istəmir, hər şeyin təkamül yolu ilə baş verməsini arzulayırlar.

ABŞ prezidenti Corc Buş Beynəlxalq Demokrat İtifaqının Vaşinqtonda keçirilən toplantısında da bəyan etdi ki, Azərbaycanda parlament seçkisinin azad, demokratik keçiriləcəyinə ümid edir. Ancaq demokratiya və sabitlik arasında seçim yaranarkən Qərb üçün demokratiya artıq bir seçim istiqamətidir"-deyə E.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti