...

ŞİMALİ KİPR AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN TƏHSİLİ ÜÇÜN TƏQAÜD AYIRACAQ

Siyasət Materials 25 İyul 2005 17:53 (UTC +04:00)

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Yaxın Şərq Universitetinin (YŞU) rəhbərliyi azərbaycanlı tələbələrin təhsülü üçün olnlara təqaüd ayrılması barədə qərar çıxarıb.

Trend in məlumatına görə, belə bir qərar 1-ci Azərbaycan-Kipr iqtisadi forumunun gedişində qərar qəbul olunub. Bu barədə Azərbaycan-Kipr iqtisadi, mədəniyyət və əməkdaşlıq mərkəzinin rəhbəri, YŞU-nin prorektoru , professor Fəxrəddin Sadıqoğlu məlumat verib.

Sadıqoğlu qeyd edib ki, bu qərar Azərbaycanla ŞKTR arasında əlaqələrin məqsədilə qəbul edilib və qeyd edib ki, ali məktəbdə təhsil kursunun gedişi ərzində azərbaycanlı tələbələr Şimali Kipr vətəndaşlarının malik olduqları statusa malik olacaqlar.

Qeyd edək ki, Yaxın Şərq Universiteti 1988-ci ildən fəaliyyət göstərir və bu gün orada dünyanın 42 ölkəsindən olan tələbələr təhsil alır. Bu ali məktəb barədə tam məlumat "www.neu.edu.tr" saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti