...

İLHAM ƏLİYEV XAÇMAZDA KEÇİRİLƏN BİZNES-FORUMUN İŞİNDƏ İŞTİRAK EDİB

Siyasət Materials 26 İyul 2005 16:08 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev respublikanın Quba-Xaçmaz iqtisadi rayonuna səfərində biznes-forumun işində iştirak edib.

Trend agentliyi bildirir ki, ölkə prezidenti regionların sosial-iqtisadi inkişafının dövlət proqramının həyata keçirilməsi, sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin açılması üzrə ölkə hökumətinin məqsədyönlü işi barədə hərtərəfli məlumat verib.

Prezident Azərbaycanda orta sahibkarlığın inkişafının əhəmiyyətini qeyd edib.O, bildirib ki, hər bir ölkənin iqtisadi inkişafı özəl sektorun inkişafıv ilə bağlıdır.

Dövlət başçısı forum iştirakçılarının çıxışlarını dinləyib, respublikanın şimal regionlarının sahibkarlarının problemləri ilə tanış olub, təkliflər və tövsiyələr verib.

Forumda çıxış edən iqtisadi inkişaf naziri Fərhad Əliyev qeyd edib ki, 2002-ci ildən 2005-ci ilədək Azərbaycanın şimal regionlarının 377 sahibkarına 23 mlrd. manat həcmində kreditlər verilib.Nazirin sözlərinə görə, son aylarda Quba rayonunda 15 min yeni iş yeri açılıb.

Forum başa çatdıqdan sonra Azərbaycan prezidenti kredit yarmarkasında iştirak edib.21 Agent-bankın iştirak etdiyi yarmarkanın yekunlarına əsasən, onlarla sahibkara çoxmilyardlı kreditlər verilib.

Xəbər lenti

Xəbər lenti