...

ETİBAR PİRVERDİYEV: BARMEK ŞİRKƏTİNİN YERİNƏ YETİRMƏDİYİ ÖHDƏLİKLƏRƏ GÖRƏ BORCU 160 MLRD MANAT TƏŞKİL EDİR

Siyasət Materials 26 İyul 2005 20:41 (UTC +04:00)
ETİBAR PİRVERDİYEV: BARMEK ŞİRKƏTİNİN YERİNƏ YETİRMƏDİYİ ÖHDƏLİKLƏRƏ GÖRƏ BORCU 160 MLRD MANAT TƏŞKİL EDİR

Barmek Azerbaycan şirkəti Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkəsinin icarəyə verilən idarələrinin idarə edilməsində Azərbaycan hökuməti ilə imzalanmış sazişin bəzi bəndləri üzrə öhdəlikləri yerinə yetirmir. Trend agentliyi bildirir ki, iyulun 26-da bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, xüsusilə sazişin imzalandığı vaxt Bakı paylayıcı şəbəkəsinin texniki itkisinin həcmi 14,5% təşkil edirdi, müqavilənin şərtlərinə görə isə, bunlar hər il 1% azaldılmalı idi. "Texniki itkilərin səviyyəsi nəinki azaldılmır, hətta bəzən 30%-ə çatır" -deyə E.Pirverdiyev bildirib.

Səhmdar cəmiyyətin başçısının sözlərinə görə, Barmek şirkətinin "Azərenerji" dən aldığı elektrik enerjisinin ödənilməsi səviyyəsi ilə də bağlı problemləri vardır.Xüsusilə iyunda 48 mlrd manat ödənilməli olduğu halda yalnız 14 mlrd manat ödəyib.

E.Pirverdiyevin sözlərinə görə, 2006-cı ildə Barmek ilə sazişin şərtlərinə əsasən, alınan elektrik enerjisi 100% ödənilməlidir.O, Türkiyə şirkətinin bu öhdəliyi yerinə yetirməsi imkanı barədə öz şübhəsini gizlətmədi.

E.Pirverdiyevin qiymətləndirməsinə görə, ümumilikdə Barmek Azerbaycan şirkətinin yerinə yetirilməyən öhdəliklər üçün borcu 160 mlrd. Manat təşkil edir.

Anoloji problemlər Azərbaycanın qərb və cənub rayonlarının enerjipaylayıcı şəbəkəsini idarə edən Bayva şirkətində də müşahidə olunur. " Doğrudur, iyunda onlar alınan elektrik enerjisi üçün 100% vəsait ödəyib, texniki itkinin yüksək səviyyəsi isə respublikanın rayonlarının təkmilləşdirilməmiş infrastrukturu ilə izah olunur"-deyə "Azərenerji"nin rəhbəri qeyd edib.

Şirkətin işində mühüm sənədlər hazırda Azərbaycan hökumətində nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti