...

"UNITECH" MAĞAZASINA VƏ VALYUTA DƏYİŞMƏ MƏNTƏQƏSİNƏ SİLAHLI BASQIN EDƏNLƏRİN MƏHKƏMƏSİ BAŞLANACAQ

Siyasət Materials 27 İyul 2005 11:21 (UTC +04:00)

İyulun 29-da hakim Ənvər Seyidovun sədrliyi ilə "Unitech" məişət texnikaları mağazasına və "Zaminbank"ın həmin mağazanın zirzəmisində yerləşən valyuta dəyişmə məntəqəsinə silahlı basqın edənlərin məhkəməsi başlanacaq. Bu barədə Trend ə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən məlumat verilib.

Müttəhimlər kürsüsündə Gürcüstan Respublikasının vətəndaşı Ruslan Qoyev, Rusiya Federasiyasının vətəndaşları, milliyyətcə çeçen olan Eldari Qişkayev və Hüseyn Kantayev oturacaqlar.

R.Qoyevlə E.Qişkayev insan həyatına sui-qəsddə, soyğunçuluqda və qanunsuz silah gəzdirməkdə, H.Kantayev isə yalnız soyğunçuluqda və qanunsuz silah əldə edərək satmaqda təqsirləndirilirlər. Cinayət məsuliyyətinə cəlb edilənlərin hər üçü Bakıya 2000-ci ilin əvvəllərindən gəliblər və burada tanış olublar. Onlar ibtidai istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini maddi durumlarının pis olması ilə əlaqələndiriblər.

İbtidai istintaqa verdikləki ifadələrində bildiriblər ki, tanış olandan sonra Bilgəhdə ev kirayələyərək birlikdə yaşamağa başlayıblar. 2004-cü ilin sonunda dolanışıqları ağırlaşdığı üçün şəhərin mərkəzindəki iri mağazalara basqın planları hazırlayıblar. Hədəfə götürdükləri ilk mağaza "UNITECH" olub. Xarici vətəndaşlar basqın planını həyata keçirmək üçün qanunsuz yolla iki ədəd tapança əldə ediblər. 24 fevral 2005-ci il tarixdə dəstə üzvlərinin ilk cəhdləri uğursuz alınıb. Külli miqdarda pul ələ keçirmək istəyən basqınçılar özləri ələ keçiblər.

Xəbər lenti

Xəbər lenti