...

YENİ SƏFİR AZƏRBAYCANA AVQUSTUN 15-DƏ GƏLƏCƏK

Siyasət Materials 27 İyul 2005 13:42 (UTC +04:00)

Polşanın yeni səfiri Azərbaycana avqustun 15-də gələcəka. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Azərbaycanda Polşanın yeni səfiri Kşiştof Krayevski təyin olunub. Azərbaycana göndərilməzdən əvvəl o, Polşanın Xarici İşlər Nazirliyində işləyib. Azərbaycan onun səfir vəzifəsində çalışacağı ilk ölkədir.

Onun təyinatından əvvəl bu vəzifəni Martin Navrot icra edirdi. O, Azərbaycanda diplomatik missiyasını başa vurduqdan sonra vətənə iqayıdıb.. M.Navrot peşəkar diplomatdır. O, 2001-ci ildən Polşanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edir. Ondan əvvəl isə Bakıda fəaliyyət göstərən diplomatik missiyaya Polşanın Azərbaycanda müvəqqəti işlər vəkili rəhbərlik edirdi.

Polşada Azərbaycan səfirliyi ötən il açılıb və ona Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev başçılıq edir.

Xəbər lenti

Xəbər lenti