...

ABŞ DÖVLƏT DEPARTAMENTİ: DEMOKRATİYANI İXRAC ETMİR, ONU YETİŞDİRİR

Siyasət Materials 27 İyul 2005 15:37 (UTC +04:00)

Ağ Ev dünyanın müxtəlif regionlarına "demokratiyanı ixrac etməklə" bağlı hər hansı bir plana malik deyil. Trend in məlumatına görə, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Adam Ereli Türkiyənin "NTI" telekanalına müsahibəsində çıxış edib.

"Əgər hər hansı bir dövlət demokratik dəyişikliklər dövrü yaşayırsa, biz yalnız bu ölkənin ictimaiyyətinin qərarını alqışlayırıq", - deyə A. Ereli qeyd edib.

Departamentin nümayəndəsinin sözlərinə görə, buna misal olaraq Vaşinqton Səudiyyə Ərəbistanında demokratik islahatların zəruriliyi barədə bəyanat verə bilər, lakin Ər-Riyadı buna zorla məcbur etməyə heç kimin gücü çatmaz.

ABŞ-ın Qafqaz regionu və Orta Asiyaya münasibətinə gəlincə, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, bu tələbləri "qidalandırmaq" yolu ilə demokratik institutların yaradılması üzrə hökumət əleyhinə tələblərin dəstəklənməsindən ibarətdir.

A.Erelinin sözlərinə görə, "qidalandırma" ideyası dedikdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin fəallaşdırılması, onların "zəruri üsularla" öyrədilməsi nəzərdə tutulur.

"ABŞ administrasiyasının siyasətinin başlıca məqsədi ondan ibarətdir ki, demokratik cəmiyyətləri dəstəkləməklə Qərbin enerjidaşıyıcıları bazarına daxil olmaqdır. Bu məqsədlərə qeyri-zorakı yollarla çatmaq Ağ Evin birinci növbəli vəzifəsidir", - deyə A. Ereli bildirib.

Xəbər lenti

Xəbər lenti