...

TOPDAN VƏ PƏRAKƏNDƏ SATIŞ QİYMƏTLƏRİNİN İLKİN MONİTORİNQİ AYIN SONUNA QƏDƏR BAŞA ÇATACAQ

Siyasət Materials 27 İyul 2005 17:00 (UTC +04:00)

Topdan və pərakəndə satış qiymətlərinin ilkin monitorinqi ayın sonuna qədər başa çatacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. "Artıq ilkin nəticələr pərakəndə satış qiymətlərinin həm yerli, həm də xarici istehsalın topdan satış qiymətlərindən xeyli artmasını göstərir", - deyə F.Əliyev qeyd edib.

Onun sözlərinə görə, monitorinqin son nəticələri ilin yekularına görə məlum olacaq.

Belə monitorinqin keçirilməsi prezidentin antiinflyasiyaya dair fərmanının bir bəndidir. Monitorinqdən ilk növbədə tələbatın daha çox olduğu mallar keçir.

Xəbər lenti

Xəbər lenti