...

AZƏRBAYCAN XİN BAŞÇISI ABŞ DÖVLƏT KATİBİNİN DƏVƏTİ İLƏ VAŞİNQTONA SƏFƏR EDƏCƏK

Siyasət Materials 27 İyul 2005 17:08 (UTC +04:00)

Avqustun 1-dən 5-nə kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Kondoliza Raysın dəvəti ilə Vaşinqtona səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, xarici işlər naziri səfər zamanı Ağ Evdə, Pentaqonda, analitik mərkəzlərdə və qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə dair məsələlər müzakirə olunacaq. Danışıqlarda əsas yeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi tutacaq.

Xəbər lenti

Xəbər lenti