...

DEMOKRATİK İSLAHATLAR PARTİYASI SEÇKİ BLOKLARI İLƏ ƏMƏKDAŞLIĞA MÜSBƏT MÜNASİBƏT BİLDİRİB

Siyasət Materials 27 İyul 2005 17:14 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) müxalifətin seçki blokları ilə əməkdaşlıq etməsinə müsbət münasibət bildirib. Partiyadan Trend ə verilən məlumata görə, iyulun 17-də DİP-in Siyasi Şurasının iclası keçirilib və orada siyasi qüvvələr arasında əməkdaşlıq məsələsi müzakirə olunub.

Demokratik İslahatlar Partiyası və onun təmsil olunduğu "Demokratik İslahatlar Birliyi" Seçki Bloku müxalifət partiyaları və seçki bloklarının əməkdaşlıq təklifinə öz razılığını bildirib. İclasda həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, seçkiöncəsi durum, parlament seçkisinə hazırlıq, DİP-in qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti