...

PAOLA DOBRYANSKİ: PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANIN DEMOKRATİK İNKİŞAFINDA MÜHÜM ROL OYNAYIR

Siyasət Materials 27 İyul 2005 18:50 (UTC +04:00)

Qarşıdakı parlament seçkiləri Azərbaycanın demokratik inkişafında mühüm rol oynaya bilər. Trend in məlumatına görə, bu barədə iyulun 27-də Bakıda ABŞ dövlət katibinin qlobal məsələlər üzrə müavini Paola Dobryanski Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

P.Dobryanski bildirib ki, Birləşmiş Ştatlar bu prosesdə Azərbaycana yardım etməyə hazırdır. O bildirib ki, prezidentin Azərbaycanda seçki təcrübəsini təkmilləşdirmək barədə fərmanının maddələrini həyata keçirmək çox vacibdir.

İ.Əliyev bəyan edib ki, Azərbaycan -Amerika əməkdaşlığı müxtəlif sahələri əhatə edir və uzun müddətdir ki, uğurla inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan tərəfi "bu inkişafdan çox razıdır".

ABŞ hökumətinin iqtisadiyyatın inkişafında, eləcə də energetika sektoru və digər sahələrdə Azərbaycana yardımı çox vacibdir. Bundan başqa, təhlükəsizlik, sülhyaratma əməliyyatları və demokratik inkişaf sahəsində də böyük yardım göstərilir. "Bu illər ərzində Azərbaycan özünü ciddi tərəfdaş kimi nümayiş etdirib.

Biz əməkdaşlığın inkişaf siyasətinin tərəfdarıyıq" - deyə İ. Əliyev qeyd edib və bildirib ki, indi ölkələr ikitərəfli əməkdaşlığın mühüm mərhələsindədirlər.

Xəbər lenti

Xəbər lenti