...

2005-Cİ İLDƏ "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" DƏ KAPİTAL XƏRCLƏRİNİN ARTIMI LAYİHƏ ÜZRƏ ƏLAVƏ İŞLƏRİN GÖRÜLMƏSİLƏ BAĞLIDIR

Siyasət Materials 27 İyul 2005 19:29 (UTC +04:00)
2005-Cİ İLDƏ "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" DƏ  KAPİTAL XƏRCLƏRİNİN ARTIMI LAYİHƏ ÜZRƏ ƏLAVƏ İŞLƏRİN GÖRÜLMƏSİLƏ BAĞLIDIR

2005-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə kapital investisiyüalarının proqnozlarının ilin əvvəllində nəzərdə tutulana nisbətən artımı Şərqi Azəri, Dərinsulu Günəşli (Faza- 3), Qərbi Azəri yataqlarında əlavə quyuların qazılması, pojratçıların işlərinin əlavə həcmi və neft sənayesində qiymətlərin rpnflyasiyası və valyuta mübadiləsi kursunda dəyişikliklər səbəb olub.

İyulun 27-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Devid Vudvordun verdiyi məlumata görə, əvvəlcə AÇG yatağının kapital xərcləri 2005-ci il üçün2,311 milyard dollar həcmində nəzərdə tutulmuşdusa., indi onlar 13,5% artaraq 2,624 milyard dollar təşkil edir.

Altı ayın nəticələri göstərir ki, bu il ABƏŞ-nin xərcləri AÇG çərçivəsində layihə və əməliyyatlar çərçivəsində təqribən 188 milyon dollar, istismar xərcləri isə planlaşdırılan xərclərlə müqayisədə 154 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti