...

PAULA DOBRYANSKİ: AZƏRBAYCAN XALQI REAL SEÇİM İMKANINA MALİK OLMALIDIR

Siyasət Materials 27 İyul 2005 20:01 (UTC +04:00)
PAULA DOBRYANSKİ: AZƏRBAYCAN XALQI REAL SEÇİM İMKANINA MALİK OLMALIDIR

Axzərbaycan xalqı noyabrın 6-da keçiriləcək parlament seçkilərində real seçim imkanına malik olmalıdır. Trend in məlumatına görə, belə bir məlumatla Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin qlobal məsələlr üzrə müavini Paula Dobryanski (Paula Dobriansky) çıxış edib.

"Namizədləri sərbəst seçmək imkanına malik olan Azərbaycan seçiciləri öz ölkələrinin gələcəyinə səs verəcəklər", - deyə P. Dobryanski bildirib. O qeyd edib ki, təkcə seçki günü deyil, bütün seçkiqabağı proses Azərbaycanın demokratiyanın inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəliklərin əsas tərkib hissəsidir.

ABŞ dövlət katibinin müavinin sözlərinə görə, sərbəst toplanma hüququnun təmin olunması, deputatlığa namizədlərin seçkiqabağı kampaniyasının bərabər işıqlandırılması imkanları, yerli və aralarında ABŞ Milli Demokratiya İnstitunun (NDI) və Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) nümayəndələrinin də olduğu xarici müşahidəçilərin seçki prosesinin monitorinqi prosesində iştirakı seçki prosesinin beynəlxalq səviyyədə keçirilməsinin əsas elementləridir.

P. Dobryanski xatırladıb ki, 2004-cü ilin dekabrında keçirilən son seçkilər zamanı məhkəmə yolu ilə həll olunmalı olan 100-ə yaxın qanun pozuntusu qeydə alınıb.

Eyni zamanda, Azərbaycanın məhkəmə instansiyalarında keçirilən seçki proseduru ilə bağlı şikayətlərə baxılmalı, həmçinin parlament seçkilərinin keçirilməsinə etimadı artıran və beynəlxalq standartlara cavab verənictimai dialoqun aparılması mexanizmi hazırlanmalıdır.

Onun fikrincə, Bakının atacağı bu addımlar Azərbaycan cəmiyyətində və beynəlxalq ictimaiyyətdə Azərbaycanda azad, ədalətli və açıq parlament seçkilərinin keçirilməsinə inamı möhkəmlətməlidir.

Sonda P. Dobryanski qeyd edib ki, yuxarıda qeyd olunan mülahizələr Azərbaycan prezidenti İlham Əliyevin 11 may 2005-ci il tarixli fərmanında öz əksini tapıb.

"ABŞ hökuməti prezidentin bu fərmanının maddələrinə hakimiyyətin bütün səviyyələrində: eləcə də respublikanın bütün rayonlarında əməl olunmasını ürəkdən arzu edir. Bu istək mənim Bakıya səfərim zamanı bütün görüşlərdə ifadə olunub", - deyə Dobryanski qeyd edib.

O həm də Amerika hökumətinin maliyyələşdirdiyi "exit poll" sisteminin Azərbaycanda qarşıdakı seçkilər zamanı saxtalaşdırmaların qarşısını almağa imkan verəcəyinə də ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti