...

YUNAN KİPRİ AZƏRBAYCANDAN BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATINA ŞİKAYƏT EDİB RƏSMİ BAKI MƏSƏLƏNİN SİYASİLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Siyasət Materials 28 İyul 2005 14:16 (UTC +04:00)
YUNAN KİPRİ AZƏRBAYCANDAN BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATINA ŞİKAYƏT EDİB RƏSMİ BAKI MƏSƏLƏNİN SİYASİLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Yunan Kiprinin hökuməti Azərbaycan Beynəlxalq Mülki aviasiya Təşkilatına (IKAO) şikayət göbndərib. Trend in məlumatına görə, bu barədə Kipr Respublikasının nümayəndəsi Kipros Xritostomidesin Türkiyənin "NTI" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Bakı ilə Şimali Kiprin paytaxtı Lefkoşa arasında birbaşa hava yollarının açılması "qanunsuzdur".

"Tanınmamış ərazilərə qanunsuz uçuşlar özəl şirkətlər tərəfindən təşkil olunub. Kipr Respublikasının hökuməti hadisələrin inkişafını böyük diqqətlə izləyir, -deyə Kiprin yunan icmasının nümayəndəsi qeyd edib və bildirib ki, onun ölkəsinin hökuməti "belə uçuşların qarşısını almaq üçün bütün zəruri addımları atacaq".

"ŞKTR ilə Bakı arasında bmrbaşa hava yollarının açılması Şimali Kiprin beyqəlxalq blokadasının aradan qaldırılması hesab etmək olarmı?" sualına cavab verərkən K. Xrisostomides qeyd edib ki, Kipr Respublikası tərəfdən Kipr türklərinə qarşı şər hansı emğarqo və təcrid tətbiq edilmir.

"Kipr türklərinin təcrid olunması 1983-cü ildən ŞKTR-nın müstəqilliyi barədə qətnamənin tanınmamasının nəticəsidir", - deyə sonda Xrisostomides qeyd edib.

Azərbaycanın XİN informasiya idarəsinin rəisi Tahir Tağızadə bu vəziyyəti şərh edərkən Trend ə əbildirib ki, artıq rəsmi Bakı bu məsələ ilə bağlı öz mövqeyini yunan tərəfinə izah edib. "Belə tapşırıq bizim Afinadakı səfirliyimizə verilib", -deyə o bildirib.

"Azərbaycanla Şimali Kipr arasında hava yollarının açılmasının Azərbaycan hökumətinin apardığı siyasətlə heç bir əlaqəsi yoxdur. Azərböaycan Respublikasının bütün fəaliyyəti yalnız həlli uzanmış Kipr böhranın çözülməsinə yönəlib, həmçinin, bu, BMT rəhbərliyinin Şimali Kirin türk icmasının humanitar və iqtisadi təcriddən çıxarılması barədə çağırışlarına müvafiqdir", - deyə o bildirib.

"Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki , söhbət dövlətin sponsorluq etmək təşəbbüsündən getmir və hava yollarını açılması işgüzar təşəbbüsün bir hissəsidir və bunu siyasiləşdirmək lazım deyil", - deyə Azərbaycan XİN-in nümayəndəsi bəyan edib.

Xəbər lenti

Xəbər lenti