...

İLİN ƏVVƏLİNDƏN NAXÇIVANDA ƏMTƏƏ DÖVRİYYƏSİNDƏ ARTIM 15 % TƏŞKİL EDİB

Siyasət Materials 28 İyul 2005 16:05 (UTC +04:00)

Cari ilin birinci yarasında Naxçıvan Muxtar Respublikasında (NMR) əmtəə dövriyyəsi 3246,1 min dollar təşkil edib. NMR-nın Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, bundan 221 min dolları ixracın və 30255,1 min dolları isə idxalın payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 31,2%, bütünlükdə əmtəə dövriyyəsinin həcmi isə 15% artıb.

Nümayəndəlikdən onu da bildiriblər ki, bu müddət ərzində muxtar respublikanın büdcəsinə 45829,5 milyon manat (9,755 milyon dollar) vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 5,9% çoxdur.

NMR-na qoyulan investisiyalara gəldikdə isə nümayəndəlikdən bildiriblər ki, bu göstərici 258691,1 milyon manat (55 milyon dollardan yuxarı) olub ki, bu da ötən illə müqayisədə 2,4 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti