...

GÜRCÜSTANIN BAŞ PROKURORLUĞU JURNALİSTİN ÖLDÜRÜLMƏSİNDƏ ŞÜBHƏLİ BİLİNƏN İKİ GÜRCÜSTAN VƏTƏNDAŞINI AZƏRBAYCANA TƏHVİL VERMƏKDƏN İMTİNA EDİB

Siyasət Materials 28 İyul 2005 16:30 (UTC +04:00)

(İA "Novosti - Qruzia") - Gürcüstanın Baş Prokurorluğu Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Bakıda çıxan "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən iki Gürcüstan vətəndaşını Azərbaycana təhvil verməkdən imtina edib.

Gürcüstanın Baş Prokurorluğundan jurnalistlərə xəbər verildiyi kimi, jurnalistin qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilmələri ilə bağlı Azərbaycanın Baş Prokurorluğunun müraciətlərinə müsbət cavab verilməyib.

Öz növbəsində Gürcüstanın Baş Prokurorluğu Azərbaycanın Baş Prokurorluğundan 2005-ci il martın 2-də öldürülmüş Elmar Hüseynovun qətli ilə bağlı qaldırılmış cinayət işi materiallarını tələb edib.

Gürcüstanın qanunlarına əsasən, Gürcüstan vətəndaşları xarici ölkələrin hüquq-mühafizə orqanlarına təhvil verilmirlər - onlar öz ölkələrində mühakimə olunaraq, elə orada da cəzalarını çəkirlər.

Gürcüstanın hüquq-mühafizə orqanları Xubanov və Əliyevə qarşı qaldırılmış cinayət işi materiallarını öyrənmək niyyətindədir, təqsirləri sübut olunduğu təqdirdə, onlar Gürcüstannın ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Xəbər lenti

Xəbər lenti