...

İLHAM ƏLİEV QUSAR RAYONUNDA OLİMPİYA MƏRKƏZİNİN ÖZÜLÜNÜN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Siyasət Materials 28 İyul 2005 16:31 (UTC +04:00)

İyulun 28-də Azərbaycan prezidenti İlham Əliyev respublikanın Qusar rayonunda Olimpiya kompleksinin özülünün qoyulması mərasimində iştirak edib. Trend in məlumatına görə, mərasimdə çıxış edən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirib ki, sayca Azərbaycanda 12-ci olan bu Olimpiya Mərkəzi 3-4 milyon ABŞ dolları məbləğində investisiya tələb edir.

14 hektar sahəsi olan mərkəzdə açıq və qapalı idman kompleksləri ilə yanaşı, futbol, basketbol və voleybol meydançaları və tennis kortları, eləcə də mehmanxana fəaliyyət göstərəcək.

Mərasimdə həmçinin Qusar şəhərinin 38 km-də, Şahdağın ətəklərindəki Laza kəndi yaxınlığında yerələşək qar-xizək mərkəzinin laüyihəsinin də təqdimatı ilə bağlı tədbir keçirilib. Mərkəzin layihəsinin hazırlanması üçün Fransa, İsveçrə və Avstriya şirkətləri ilə danışıqlar aparılır.

Ölkə üçün ən sərfəli təklif mərkəzdən təkcə qış üçün deyil, həm də yay istirahəti üçün istifadəni təklif edən Fransanın Shamber-Iibert şirkətinin təklifi olub.

Mərkəzin sahəsi 100 ha təşkil edir və 50 milyon avro məbləğində investisiya qoyulmasının təklif edir. Layihənin maliyyələşdirilməsi Azərbaycan hökuməti və özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

İlham Əliyev qeyd edib ki, 10 min kvadrat metrdən artıq sahəsi olan dağ-xizək mərkəzi Azərbaycanda qış idmanı növü üzrə beynəlxalq yarışların keçirilməsinə imkan verəcək.

"Bu kompleksin Qafqazda analoqu olmayacaq və bütün beynəlxalq standartlara cavab verəcək", -deyə Azərbaycan prezidenti bildirib və qeyd edib ki, Qusarda dağ-xizək mərkəzi ən qısa müddətdə- cəmi bir ilə tikiləcək.

Prezident İlham Əliyev ilk daşı Qusardakı Olimpiya Mərkəzi və İdman Bazasının özülünə qoyub.

Günün ikinci yarısı prezident İlham Əliyev respublikanın şimal rayonlarının icra administrasiyalarının rəhbərləri ilə görüş keçirib.

Xəbər lenti

Xəbər lenti