...

"AZADLIQ" BLOKU YAP-DA KEÇİRİLƏCƏK İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ GÖRÜŞÜNƏ QATILMAYACAQ

Siyasət Materials 28 İyul 2005 18:21 (UTC +04:00)

İyulun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən iqtidar-müxalifət partiyalarının görüşündə "Azadlıq" blokunun üzvləri- AXCP, ADP və Müsavat partiyaları iştirak etməyəcək. Trend in məlumatına görə, bu barədə qərar iyulun 28-də "Azadlıq" blokunun iclasında qəbul edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli jurnalistlər üçün brifinq keçirərək bildirib ki, YAP partiyalar arasında əvvəldən əldə olunmuş razılığı pozub. "Bundan əvvəlki görüşdə razılıq əldə olundu ki, gələn dəfə görüş Müsavat Partiyasında keçirilsin, lakin Yeni Azərbaycan Partiyasının rəhbərliyi müxalifəti fakt aqrşısında qoymaq üçün bu razılaşmanı pozaraq özü iyulun 29-na görüş təyin etdi. Biz buna təəssüf edirik"-deyə Ə.Kərimli bildirib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun digər narazılığı odur ki, YAP həmin görüşdə ən aktual mövzu olan parlament seçkisi ilə bağlı deyil, siyasi partiyaların xaricdən maliyyələşməsi məsələsinin müzakirəsini təklif edib. Ə.Kərimli diqqətə çatdırıb ki, "Azadlıq" bloku həmin görüşdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi, bütün namizədlər üçün bərabər şərait yaradılması və ölkənin hər yerində sərbəst toplaşmaq azadlığının təmin olunması məsələlərinin müzakirəyə çıxarılmasını istəyir. "Azərbaycan qanunvericiliyinə görə siyasi partiyaların xaricdən maliyyələşməsi qadağandır və bunu müzakirəyə çıxarmağa ehtiyac yoxdur.

Əgər partiyalar xaricdən maliyyələşirsə, bu qanun pozuntusudur və bu məsələ ilə müvafiq orqanlar məşğul olmalıdır. Seçki ərəfəsində çoxlu sayda aktual, vacib məsələləri kənarda saxlayıb belə mövzuları müxakirəyə çıxarılması səbəbindən iyulun 29-a təyin olunmuş görüş baş tutmaya bilər"-deyə Ə.Kərimli bildirib.

AXCP sədrinin sözlərinə görə, YAP-ın təşəbbüsü ilə keçiriləcək dəyirmi masanın mövzusu seçki ilə bağlı aktual məsələlərə həsr olunmasa, "Azadlıq" blokundakı partiyalar bu görüşdə iştirak etməyəcəklər.

Xəbər lenti

Xəbər lenti