...

NMR-DƏ DAŞIMALARIN HƏCMİ 5,6 % ARTIB

Siyasət Materials 28 İyul 2005 18:33 (UTC +04:00)

Birinci yarımil ərzində NMR-də daşımaların həcmi ötən ilin anoloji göstəricisi ilə 5,6% artıb. AR nəqliyyat nazirliyində Trend agentliyinə bildirilib ki, yanvar-iyun aylarında 3273,9 min ton yük daşınıb. NMR-də 19760,8 min sərnişin daşınıb.

Hava nəqliyyatı ilə 118,2 min sərnişin və 2,8 min ton yük daşınıb ki,bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 40% çoxdur.

Dəmir yolu ilə daşımaların həcmi 1,1 min ton, sərnişinlərin sayı - 90,9 min təşkil edib ki, bu da 2004-cü ilin anoloji dövrünün göstəricisi ilə müqayisədə 67,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti