...

"AZƏRBAYCAN TƏRƏQQİ ALYANSI" DİGƏR SEÇKİ BLOKLARI İLƏ NAMİZƏDLƏRİNİ RAZILAŞDIRACAQ

Siyasət Materials 28 İyul 2005 19:38 (UTC +04:00)

"Azərbaycan Tərəqqi Alyansı" Seçki Bloku parlament seçkisində ölkə üzrə bütün seçki dairələrindən namizəd irəli sürəcək. Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Lakin "Azərbaycan Tərəqqi Alyansı" Mərkəzi Seçki Komissiyasında qeydiyyatda alınmış 7 seçki blokunun hər biri ilə namizədlərinin müəyyən bir qismini razılaşdıracaq.

Digər seçki bloklarının liderlərinin, partiya sədrlərinin namizədliyini verdiyi dairələrdən Tərəqqi Alansı namizəd irəli sürməyəcək. Bunun üçün seçki blokları arasında danışıqlar aparılacaq.

Qeyd edək ki, "Azadlıq" bloku Azərbaycan Tərəqqi Alyansının sədri Çingiz Dəmiroğlunun namizədliyini verdiyi 37 saylı Nizami 1-ci (Gəncə şəhər) seçki dairəsindən namizəd irəli sürməyib. Bunun qarşılığında Tərəqqi Alyansı "Azadlıq" və digər seçki bloklarının bəzi dairələrdə daha çox şanslı hesab olunan namizədlərini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti