...

"YENİ SİYASƏT" VƏ "DEMOKRATİK AZƏRBAYCAN" SEÇKİ BLOKLARI ARASINDA MEMORANDUM İMZALANDI

Siyasət Materials 28 İyul 2005 20:10 (UTC +04:00)

İyulun 28-də Demokratik Azərbaycan Bloku (DAB) ilə "Yeni Siyasət" blokları arasında Memorandum imzalanıb. Trend in məlumatına görə, bloklar arasında əməkdaşlığı nəzərdə tutan anlaşma sənədini "Yeni Siyasət" blokun təsisçiləridən Əli Əliyev, Eldar Namazov, Yaqub Məmmədov, Eldəniz Quliyev, Əli Məsimli, "Demokratik Azərbaycan" Seçki Blokundan isə həmsədrlər - Sabir Rüstəmxanlı, İlyas İsmayıov, Əhməd Oruc və Hacıbaba Əzimov imzalayıblar.

Memorandumun məqsədi parlament seçkisi prosesində bu blokların sıx əməkdaşlıq etməsi, bir-birinə dəstək verməsi, namizədləri üst-üstə düşərsə bir-birinin əleyhinə təbliğat aparmaması, milli mentalitetə və əxlaqa zidd çıxışlar, fikirlər səsləndirməməsi, birgə kütləvi aksiyalarda iştirak etməsi ilə bağldır.

Sənəddə göstərilir ki, seçkilərin azad, ədalətli və demokratik keçirilməsi, xalqın iradəsi əsasında parlament formalaşdırılması üçün bu bloklar birgə mübarizə aparacaqlar. Həmçinin ortaq namizədlər müəyyən etmək üçün qarşılıqlı güzəştə gedilməsi də nəzərdə tutulub. Razılaşmaya görə

iki həftədən bir bloklar arasında görüş olacaq və sıx əməkdaşlıqla bağlı müzakirələr aparılacaq. Sentyabrda birgə mitinqlər təşkil olunması məsələsinə gündəmə gətiriləcək.

Xəbər lenti

Xəbər lenti