...

LƏNKƏRANDA ƏMƏK YARMARKASI KEÇİRİLİB

Siyasət Materials 29 İyul 2005 14:07 (UTC +04:00)

Lənkəran İcra hakimiyyəti və Məşğulluq mərkəzi əmək yarmarkası keçiriblər. Lənkəran İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, yarmarkanın keçirilməsində əsas məqsəd işsiz əhalinin işlə təmin olunması olub. Yarmarkada idarəetmə sahəsində (16 dövlət, 23 qeyri-dövlət müəssisəsi), 304 fəhlə: 149 qulluqçu, 37 xidmət sahəsində 490 iş yeri təklif olunub. Boş yerlərdən 202-si dövlət orqanlarına, 288-i qeyri-dövlət müəssisələrinə məxsusdur.

Yarmarkada 550 nəfər iştirak edib. Dövlət idarələrində 84 vakansiya üzrə 196 nəfərə arayış verilib, 112 nəfər özəl iş yeri təklif olunub.

118 nəfərə ixtisası üzrə işləmək üçün, 62 nəfərə qulluqçu, 16 nəfərə ximəd sahəsində arayış verilib. Yarmarkada iştirak edən 15 nəfərə ixtisasartırma kurslarına cəlb edilib.

Qeyd edək ki, bu, Lənkəranda keçirilən sayca 8-ci əmək yarmarkasıdır.

Xəbər lenti

Xəbər lenti