...

"VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI" SEÇKİ BLOKU 36 NAMİZƏD İRƏLİ SÜRÜR

Siyasət Materials 29 İyul 2005 14:21 (UTC +04:00)

Parlament seçkisində "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Blokunun 36 nəfər namizədi iştirak edir. Bu barədə Trend ə seçki blokunun üzvü, Ehtiyatda və İstefada Olan Zabitlər İttifaqının sədri Yaşar Cəfərli məlumat verib. O bildirib ki, blokun üzvlərindən 6 nəfəri artıq müvafiq seçki dairələrindən imza vərəqələrini götürüblər. Hazırda seçki blokunun namizədləri imzatoplma kampaniyası və sənədlərinin təqdim edilməsi ilə məşğuldurlar.

Y.Cəfərli onu da bildirib ki, "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Bloku avqustun sonlarında seçki ilə bağlı kütləvi tədbirələrə başlayacaq. İlk olaraq qeyri-hökumət təşkilatlarının (QHT) və siyasi partiyaların qeydiyyat problemi ilə əlaqədar Ədliyyə Nazirliyi qarşısında piketlərin keçirilməsi nəzərdə tutulub. Sonra sentyabr ayında şəhərdə və bölgələrdə müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı digər seçki blokları ilə danışıqlara başlanacaq.

Xəbər lenti

Xəbər lenti