...

FAZİL QƏZƏNFƏROĞLU: ""AZADLIQ" VƏ "YENİ SİYASƏT" BLOKLARINA RƏQİB OLAN NAMİZƏDLƏRİ DƏSTƏKLƏYƏCƏYİK"

Siyasət Materials 29 İyul 2005 14:33 (UTC +04:00)

"Mənim namizədliyimi verdiyim dairədən "Azadlıq" və "Yeni Siyasət" seçki bloklarının da namizədləri var və bu məni narahat etmir. Çünki bu siyasi rəqabətdə uğur qazanacağıma inanıram".

Bu fikirləri Trend ə Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu bildirib. Onun sözlərinə görə, həmin seçki bloklarının atdığı addıma adekvat olaraq Böyük Quruluş Partiyası da onlara rəqib namizədləri dəstəkləyəcək. F.Qəzənfəroğlu bu fikrini belə əsaslandırıb ki, özü seçki dairəsini 3 ay əvvəldən elan edib, lakin "Azadlıq" və "Yeni Siyasət" blokları buna əhəmiyyət verməyərək sonradan həmin dairədən öz namizədlərini irəli sürüblər.

"Biz də onların mövqeyinə, maraqlarına əhəmiyyət verməyəcəyik və seçki dairələri üzrə bu blokların namizədlərinə rəqib olan şəxsləri dəstəkləyəcəyik. Çalışacağıq ki, xaricdən asılı olmayan layiqli şəxslərin parlamentə seçilməsinə dəstək verək"-deyə F.Qəzənfəroğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti