...

SƏRDAR DENKTAŞ: AZƏRBAYCAN ŞİMALİ KİPRLƏ HAVA YOLLARININ AÇILMASINA DAİR CƏSARƏTLİ QƏRAR QƏBUL EDİB

Siyasət Materials 29 İyul 2005 16:02 (UTC +04:00)
SƏRDAR DENKTAŞ: AZƏRBAYCAN ŞİMALİ KİPRLƏ HAVA YOLLARININ AÇILMASINA DAİR CƏSARƏTLİ QƏRAR QƏBUL EDİB

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti ilə aviareyslərin açılmasına dair qərar qəbul etməklə böyük addım atıb. Bu barədə Trend ə eksklüziv müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Sərdar Denktaş bildirib.

"Bu çox cəsarətli bir addım idi. Bəzi dövlətlər də belə bir bir addım atmaq istəyirdi, lakin dünya ictimaiyyəti və Yunan Kiprinin təzyiqlərindən ehtiyatlanaraq sonda bu qərardan daşınıblar", - deyə o qeyd edib.

Sərdar Denktaşın fikrincə, Azərbaycan hökumətinin bu qərarı Şimali Kiprin iqtisadi blokadadan çıxmasına və digər ölkələrin də ŞKTC ilə hava yollarının açılmasına imkan verəcək. "Xüsusilə, bu dövlətlər Orta Asiya, Avropa ölkələri, Pakistan, İran və başqaları ola bilər", - deyə Şimali Kiprin XİN başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti